Gəncədə güclü küləklə müşahidə olunan yağıntının fəsadları aradan qaldırılır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün güclü küləklə müşahidə olunan leysan xarakterli yağışın yağması Gəncə şəhərində bir sıra fəsadlar törədib.
Belə ki, şəhərin SHXÇDX-nin Gəncə Şəhər Nizami Rayon Şöbəsinin ətraf ərazilərində yerləşən yaşayış evlərinin həyətinə və zirzəmisinə yağış suları dolub, nəticədə həmin evlər yararsız vəziyyətə düşüb.
Gəncə Şəhər İcra Hakimiyyətdən Bizim.Media-ya verilən məlumata görə şəhər rəhbəri Niyazi Bayramovun tapşırığına əsasən, yaranmış problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən təxirəsalınmaz tədbirlər görülür.
Şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri əraziyə yerində baxış keçirib.
Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları gün ərzində evlərin zirzəmilərinə və həyətinə dolan suyun çəkilməsi istiqamətində iş aparıblar.
İcra hakimiyyətindən onu da əlavə ediblər ki, sözügedən ərazidə evlərin qanunsuz inşa olunması ehtimalı səbəbindən müvafiq araşdırmalar aparılmaqla məsələnin hüquq çərçivəsində həlli istiqamətində aidiyyəti qurumlarla müzakirələr həyata keçirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
20:40 / 14.06.2023
Gəncədə güclü yağıntının fəsadları ARADAN QALDIRILIR - FOTO
Hazırda oxunan: Gəncədə güclü yağıntının fəsadları ARADAN QALDIRILIR - FOTO
Hazırda oxunan: Gəncədə güclü yağıntının fəsadları ARADAN QALDIRILIR - FOTO
141491
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.