"İstəməzdim ki, belə olsun. 31 valideyn yığılıb bu tədbiri təşkil edib”.
Bizim.Media xəbər verir ki, bu sözləri qaynarinfo-ya açıqlamasında bir neçə gündür sosial şəbəkələrdə və mediada gündəm mövzusuna çevirilən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyeva bildirib.
Müəllim deyib ki, 4-cü siniflərin buraxılışı ilə əlaqədar valideynlərin təşkilatçılığı və təklifi ilə restoranların birində tədbir keçirilib.
- Tədbir deyəndə nəyi nəzərdə tutursuz?
- Valideynlər bildirdi ki, iştirakımla tədbir keçirmək istəyirlər. Mən də bu təkliflə razılaşdım. 27 may tarixində, yəni şənbə günü Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbdə 4-cü siniflərin buraxılışı ilə əlaqədar restoranların birində tədbir keçirildi. Son da qurama bir hal alındı.
- Deyirsiz bu görüntünü valideynlər bilərəkdən yayıb?
- Xeyr. Elə bir qurma hal demirəm. Valideynlər özləri də çox pis olub. İnanın ki, bütün valideynlər video yayılan günü məktəbə gəldilər və onlar da çox pis olmuşdular. Hamısı məni müdafiə etdilər. Hətta valideynlər özlərini günahkar görərək bildirirdilər ki, əgər bu cür tədbir edirdiksə, gərək bu həddə çatmayaydı. "Kaş müəllimi belə bir vəziyətə çatdırmazdıq və onu pis vəziyyətə salmazdıq", deyirlər.
Heç mən özüm də bunu gözləməzdim. Əgər bir müəllim kimi valideynlərin mənə təqdim etdiyi qızılı rüşvət kimi götürürdümsə, qızıl üzük niyə barmağıma girmirdi? Mənim bu hədiyədən heç xəbərim belə yox idi. Onu rüşvət kimi alsaydım, gizlincə edərdim. Elə bil tələyə düşdüm.
- O qızılların aqibəti necə oldu?
- Mən qızılları valideynlərə təqdim etdim. Dedim mənə lazım deyil. Götürmürlər. Onlar da çox pis oldular. Müəllim kimi hər kəsdən xahiş edirəm ki, haqqımda mənfi heç nə yazmasınlar, tanımadan, bilmədən haqqıma girməsinlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:46 / 14.06.2023
Bahalı hədiyyə alan müəllim: "Qızılları geri qaytardım"
Hazırda oxunan: Bahalı hədiyyə alan müəllim: "Qızılları geri qaytardım"
Hazırda oxunan: Bahalı hədiyyə alan müəllim: "Qızılları geri qaytardım"
141451
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.