Magistral yolda minik avtomobilində olan sərnişin təhlükəli hərəkət edib. Qayda pozuntusu Salyan-Bakı yolunda qeydə alınıb.
Bizim.Media xəbər verir ki, təhlükəli vəziyyəti görən sürücülərdən biri həmin anı çəkib ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərib.
Sürücünün sözlərinə görə, Salyan rayonu ərazisində olan stasionar postdan sonra qarşısında hərəkət edən minik avtomobilindəki sərnişin ayağını çölə çıxarıb.
Kadrları izləyən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bunun kobud qayda pozuntusu olduğunu deyib.
Həmin vaxt avtomobilin yaxınlığından digər bir nəqliyyat vasitəsi sürətlə keçərdisə, bu sərnişinin həyatı üçün təhlükə yarada bilərdi.
Şöbə rəisi onu da bildirib ki, sosial şəbəkələrdə və internet portallarında yayılan bu cür videolar dərhal nəzarətə götürülür və sürücü tez bir zamanda aşkar edilir.
Qeyd edək ki, belə faktlara görə, sürücüyə sərnişindaşıma qaydasını pozduğu üçün 40 manat, sərnişinə isə təhlükəsizlik qaydalarına əməl etmədiyi üçün 30 manat məbləğində cərimə nəzərdə tutulur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Bizim.Media