DİN-dən Oğuzda baş verən qəzanın təfərrüatları ilə bağlı AÇIQLAMA 

DİN-dən Oğuzda baş verən qəzanın təfərrüatları ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: DİN-dən Oğuzda baş verən qəzanın təfərrüatları ilə bağlı AÇIQLAMA 

141323

Oğuzda baş verən qəzanın təfərrüatları bəlli olub. İki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, üçü bir ailənin üzvü olmaqla, 5 nəfər xəsarət alıb.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.  
 

MÖVZU İLƏ BAĞLI:

Oğuzda ağır QƏZA - Ölən və xəsarət alanlar var - FOTO


Qeyd olunur ki, bu gün axşam saatlarında Oğuz rayonunun Padar kəndi ərazisində “VAZ-2106” və “ Toyota” markalı avtomobillər toqquşub.

Qəza zamanı “VAZ-2106” markalı avtomobilin sürücüsü, Oğuz rayon sakini 52 yaşlı İlqar Abbasov hadisə yerində ölüb. Daha beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.  

Hazırda onların müalicə və müayinəsi davam etdirilir. Hadisənin təfərrüatları araşdırılır.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO