Gündüz Abbaszadənin “Qarabağ”dakı postundan ayrılmasına klubdan REAKSİYA 

Gündüz Abbaszadənin “Qarabağ”dakı postundan ayrılmasına klubdan REAKSİYA 

Hazırda oxunan: Gündüz Abbaszadənin “Qarabağ”dakı postundan ayrılmasına klubdan REAKSİYA 

141275

"Qarabağ"ın Mətbuat katibi Gündüz Abbaszadənin bu vəzifədən ayrıldığı barədə xəbər vermişdik.

Məlumata görə, Gündüz Abbaszadə tutduğu postdan ayrılaraq məzuniyyətə yollanıb. Məzuniyyətdən qayıtdıqdan sonra isə onun vəzifəsindən rəsmi ayrılacağı gözlənilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Gündüz Abbaszadə “Qarabağ”dakı postundan AYRILIB?


“Qarabağ” Futbol klubundan məsələyə münasibət bildirilib və məlumat təsdiqlənib: 

““Qarabağ” FK mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə yollarını qarşılıqlı razılıq əsasında ayırıb. Gündüz Abbaszadəyə klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!”, - deyə qurumun “Facebook” hesabında qeyd olunub. 

Xatırladaq ki, tanınmış jurnalist Gündüz Abbaszadə “Qarabağ”ın Mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2021-ci ildə təyinat almışdı. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO