Bakının 82 küçəsində işıqlandırma sistemi YENİLƏNDİ

Bakının 82 küçəsində işıqlandırma sistemi YENİLƏNDİ

Hazırda oxunan: Bakının 82 küçəsində işıqlandırma sistemi YENİLƏNDİ

141158

Bakı şəhərində küçələrin işıqlandırılması ilə əlaqədar son vaxtlarda aidiyyəti qurumlar tərəfindən bir sıra işlər həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Bakı Şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov yayıb.

Onun sözlərinə görə, təsdiq edilən qrafikə uyğun olaraq paytaxt ərazisində tamamilə işıqlanma sistemi olmayan yollar sıfırdan işıqlandırılır. Yeni kabel xətləri çəkilir və yeni işıq dirəkləri quraşdırılır. 

Belə ki, əgər 2018-ci ildə Bakı şəhəri üzrə işıqlandırılan küçələrin sayı 1216 idisə, 5 il ərzində bu rəqəm artaraq 2466 olub. Təkcə keçən ilin sonundan başlanan küçə işıqlandırılması işləri çərçivəsində nəzərdə tutulan yeni layihəyə əsasən 548 küçədən 320-də artıq işlər başa çatdırılaraq istismara qəbul edilib, digər küçələrdə bu işlər davam etdirilir.

Yeni çəkilən küçə işıqlandırılması ilə paralel olaraq istismar müddəti başa çatmış mövcud 82 küçənin işıqlandırma xətləri və elektrik dirəkləri yeni, müasir sistemlərlə əvəz edilib. Görülən işlər mərkəzlə yanaşı qəsəbələri də əhatə edir.
Yeni quraşdırılan işıq dirəkləri led lampalarla təchiz edilib, bu işıqlar ənənəvi lampalardan 50 faiz qənaətçildir. Bundan əlavə bu işıqların servis xidmətinə elə də tez-tez ehtiyac duyulmur, çünki onların ömrü kifayət qədər çoxdur. Digər üstünlüklərdən biri də ondan ibarətdir ki, bu işıqlar vahid idarəetmə sistemə qoşulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO