İsmayıllıda maşın ağaca ÇIRPILDI: Polislər YARALANDI - FOTO/VİDEO

İsmayıllıda maşın ağaca ÇIRPILDI: Polislər YARALANDI - FOTO/VİDEO

Hazırda oxunan: İsmayıllıda maşın ağaca ÇIRPILDI: Polislər YARALANDI - FOTO/VİDEO

141121

İsmayıllı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonun Qalıncaq kəndi ərazisində hərəkətdə olan 09-BA-837 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.  

Hadisə zamanı avtomobildə olan şəxslər, İsmayıllı rayon Mühafizə İdarəsinin mülki mühafizə polis işçiləri, Mücühəftəran kənd sakinləri, 1990-cı il təvəllüdlü Seyidov Asiman Şaiq oğlu və 1997-ci il təvəllüdlü Nurəhmədli Yalçın İlahi oğlu xəsarət alıb.  
Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.  

Faktla bağlı araşdırma aparılır.  

Bizim.Media, Aran bürosu
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO