Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovla bağlı araşdırmalara başlanılıb.
Bu barədə Bizim.Media-ya Binəqədi Rayon Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, bu gün bəzi media orqanlarında və sosial şəbəkələrdə Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun barəsində şəxsi zəmində baş vermiş məişət hadisəsi ilə bağlı məlumatlar yayılıb:
"Bildiririk ki, aidiyyəti üzrə müvafiq araşdırmalar aparıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Həmçinin ictimaiyyəti və media nümayəndələrini həqiqətə uyğun olmayan, təqibedici, dəqiqləşdirilməmiş, hakimin və məhkəmə hakimiyyətinin nüfuzuna zərbə vura biləcək, eləcə də şəxsin icazəsi olmadan ona məxsus fərdi məlumatları yaymamağa çağırırıq".
Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun Bakıda yaşayış kompleksində liftin idarəetmə lövhəsindəki hissəni qırmasını əks etdirən görüntülər yayılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:52 / 12.06.2023
Liftin düyməsini qıran hakimlə bağlı araşdırmalara BAŞLANILDI
Hazırda oxunan: Liftin düyməsini qıran hakimlə bağlı araşdırmalara BAŞLANILDI
Hazırda oxunan: Liftin düyməsini qıran hakimlə bağlı araşdırmalara BAŞLANILDI
141101
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.