Vətən müharibəsi şəhidi torpağa tapşırıldı - YENİLƏNİB

Vətən müharibəsi şəhidi torpağa tapşırıldı - YENİLƏNİB

Hazırda oxunan: Vətən müharibəsi şəhidi torpağa tapşırıldı - YENİLƏNİB

14107

Vətən müharibəsi şəhidi əsgər Balakişiyev Zamin Dadaş oğlu torpağa tapşırılıb.

Bizim.Media xəbər verir ki, o, Sabirabad rayonunun Qaralar kəndində dəfn edilib.

Dəfn mərasimində şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak edib.

Bizim.Media

***

Vətən müharibəsi zamanı yaralanaraq 5 ay komada qalan şəhid əsgərin nəşi dəfn edilmək üçün Sabirabada gətirilib.

Bizim.Media xəbər verir ki, əsgər Balakişiyev Zamin Dadaş oğlu dünən müalicə olunduğu hospitalda vəfat edib.

MÖVZU İLƏ BAĞLI:

Ağır yaralanan əsgər 5 ay sonra şəhid oldu - FOTO


Şəhid əsgər vida mərasimindən sonra doğulduğu Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn ediləcək.

Şəhidimiz nişanlı idi.

Qeyd edək ki, Zamin Balakişiyev 2001-ci ildə Sabirabad rayonunun Qaralar kəndində anadan olub.

Ali Baş Komandanın sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin! (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO