DYP-dən Muğanlı-İsmayıllı yolu ilə bağlı sürücülərə MÜRACİƏT

DYP-dən Muğanlı-İsmayıllı yolu ilə bağlı sürücülərə MÜRACİƏT

Hazırda oxunan: DYP-dən Muğanlı-İsmayıllı yolu ilə bağlı sürücülərə MÜRACİƏT

141067

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. 

İdarədən Bizim.Media-ya bildirilib ki, hazırda Muğanlı-İsmayıllı avtomobil yolunda əsaslı tikinti işləri  aparılır: 

"Bununla əlaqədar yolun inşaat işləri aparılan hissələrdə daralması nəticəsində avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.   

Baş Dövlət Yol Polisi İdarəsi mövsümlə əlaqədar sözügedən avtomobil yolunda hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artmasını da nəzərə alaraq, sürücülərdən alternativ yollardan istifadə etməyi, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, tikinti işlərinin aparıldığı ərazidə hərəkət edərkən diqqətli olmağı, müvəqqəti nizamlama vasitələrinin tələblərinə ciddi əməl etməyi xahiş edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO