Qəbul imtahanlarının 2-ci cəhdi üçün qeydiyyatdan keçənlərin SAYI  

Qəbul imtahanlarının 2-ci cəhdi üçün qeydiyyatdan keçənlərin SAYI  

Hazırda oxunan: Qəbul imtahanlarının 2-ci cəhdi üçün qeydiyyatdan keçənlərin SAYI  

140972

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 2023-cü il 20 iyun saat 23:59-dək aparılacaq. 

DİM-dən Bizim.Media-ya verilən xəbərə görə, imtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (//www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) edirlər.

2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər 1-ci cəhd üzrə olduğu qaydada öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçə bilərlər. 

12 iyun saat 09:30-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 6547 , II ixtisas qrupu üzrə 5796, III ixtisas qrupu üzrə 6628, IV istisas qrupu üzrə 1724 olmaqla, ümumilikdə isə 20695 abituriyent qeydiyyatdan keçib. 
İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO