Qaxda idarə rəisi vəzifəsindən azad olundu - SƏBƏB – FOTO  

Qaxda idarə rəisi vəzifəsindən azad olundu - SƏBƏB – FOTO  

Hazırda oxunan: Qaxda idarə rəisi vəzifəsindən azad olundu - SƏBƏB – FOTO  

140965

Qax Gənclər və İdman İdarəsinin rəisi təqaüdə çıxıb. İdarənin rəisi Əlövsət Bayramovun 31 illik dövlət qulluğundakı əmək fəaliyyəti başa çatıb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna rayon Gənclər və İdman İdarəsindən məlumat verilib. 

Bununla bağlı kollektivdə görüş keçirilib. Qeyd olunub ki, Əlövsət Bayramov özünü intizamlı və məsuliyyətli işçi kimi təsdiq etməklə yanaşı, həm də təşəbbüskarlığı ilə secilib və öz səlahiyyətləri daxilində mürəkkəb məsələlərlə bağlı hər zaman düzgün qərarlar qəbul edib.
Zəhmətkeş və yüksək əmək fəalliyyətinə malik olmaqla isçilərlə münasibətdə həmişə mehribanlıgı, ünsiyyətçilliyi və etik davranış normalarına əməl etməklə basqalarına örnək olub.

O, xosrəftar, təvəzökar və savadlı dövlət qulluqçusudur. Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif keyfiyyətli işinə görə “Fəxri Bədən Tərbiyəsi və İdman işçısı” fəxri adı və “Dövlət Qulluğunda Fərqləndiyinə görə” medalı ilə mükafatlandırılıb. İdarədən o da qeyd edilib ki, hələlik rəis vəzifəsinə yeni təyinat yoxdur. Bununla bağlı gənclər və idman nazirinin yaxın günlərdə qərar verəcəyi gözlənilir. 


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO