Su kanalında batmış on yaşlı uşağın MEYİTİ TAPILDI - VİDEO 

Su kanalında batmış on yaşlı uşağın MEYİTİ TAPILDI - VİDEO 

Hazırda oxunan: Su kanalında batmış on yaşlı uşağın MEYİTİ TAPILDI - VİDEO 

140962

Məlumat verildiyi kimi, ötən gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xanarx kanalının Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında Nazirliyin qüvvələri dərhal axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub. 

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, həyata keçirilən əməliyyat nəticəsində kanalda batmış 2013-cü il təvəllüdlü Pirsahadov Məhəmməd Əlisəfa oğlunun cəsədi gecə saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazda 10 yaşlı məktəbli kanalda batdı - FOTO


Qeyd edək ki, axtarış-xilasetmə əməliyyatlarında FHN-in Şimal Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri və Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri iştirak edib. 







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO