Öncə dava saldılar, sonra qəzaya düşdülər - FOTO

Öncə dava saldılar, sonra qəzaya düşdülər - FOTO

Hazırda oxunan: Öncə dava saldılar, sonra qəzaya düşdülər - FOTO

140894

Tovuzda iki nəfər arasında yaranan mübahisə kütləvi davaya çevrilib. Nəticədə bir nəfər bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Digərləri isə yüngül xəsarətlərlə ambulator müalicə alıblar.

Bizim.Media xəbər verir ki, hadisə Tovuzda gecə saatlarında fəaliyyət göstərən çay evlərinin birinin qarşısında baş verib.

Nəticədə rayonun Qovlar şəhər sakini 26 yaşlı Xəyal adlı şəxs bıçaq zərbələri alıb.

Məlumata görə, kütləvi dava zamanı avtomobilə əyləşərək ərazidən uzaqlaşmaq istəyən şəxslər də olub. Onlar Qovlar şəhər ərazisində qəzaya düşüblər. “Kia” markalı minik avtomobili yol kənarında hərəkətsiz dayanan traktora çırpılıb.

Nəticədə sürücü - rayonun Qaziqulu kənd sakini 29 yaşlı Hüseyn Əliyev, Tovuz şəhər sakini 32 yaşlı Tural Tağıyev, Bozalqanlı kənd sakini Günay Babayeva və Düz Cırdaxan kənd sakini 19 yaşlı Sənan Məmmədalıyev ağır bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Kütləvi dava zamanı yüngül xəsarət alanlar da olub. Onlara da ilkin tibbi yardım göstərilib. Rayon mərkəzi xəstəxanasından verilən məlumata görə, avtomobil qəzasına düşənlərin vəziyyətləri ağırdır.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO