Gəncədə dəm qazından boğulan qadın Xırdalan şəhər 2 saylı məktəbin ingilis dili müəllimi olub.
Bizim.Media dünyasını dəyişən ana və uşaqların fotosunu təqdim edir. (APA)
***
Gəncə şəhərində dəm qazından ölüm hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.
Belə ki, ana Leyla Məmmədova iki uşağı - Murad Məmmədov və Xədicə Məmmədova ilə birgə hamamda çimərkən dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media