Paytaxtımızın 545 küçəsi yuyulub - FOTO 

Paytaxtımızın 545 küçəsi yuyulub - FOTO 

Hazırda oxunan: Paytaxtımızın 545 küçəsi yuyulub - FOTO 

140822

Bu gün Bakının 545 küçəsi yuyulub. 

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yay mövsümünün başlanması və paytaxtımıza çoxsaylı qonaqların və xarici turistlərin gəlişinin gözlənilməsi ilə əlaqədar BŞİH-nin qərarına uyğun olaraq bu gün paytaxtda təmizlik və abadlıqla bağlı geniş ümumşəhər daxili iməciliyi keçirilib. 

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 545 əsas küçə və prospektlərin təbiətə ziyanı olmayan vasitələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.  
Daxili iməcilikdə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları ilə yanaşı müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də yaxından iştirak ediblər. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO