Qohumunun maşınını oğurlayan şəxs TUTULDU  

Qohumunun maşınını oğurlayan şəxs TUTULDU  

Hazırda oxunan: Qohumunun maşınını oğurlayan şəxs TUTULDU  

140766

Binəqədidə vətəndaşın avtomobilini onunla birgə yaşayan qohumu oğurlayıb. 

Bizim.Media DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə iyunun 9-da səhər saatlarında Biləcəri qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. 

Araşdırmalarla vətəndaşın mobil telefonunu və nəqliyyat vasitəsinin açarını onunla birgə yaşayan qohumu İsrayıl Əlixanovun oğurlaması və avtomobili qaçırması müəyyənləşib. 

Polis əməkdaşlarının keçirdikiləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Əlixanov Bakı-Quba yolunda avtomobillə hərəkətdə olarkən saxlanılıb. 

Faktla bağlı araşdırmalar davam edir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO