50 il əvvəl məzun olmuş məktəblilərin GÖRÜŞÜ – FOTO

50 il əvvəl məzun olmuş məktəblilərin GÖRÜŞÜ – FOTO

Hazırda oxunan: 50 il əvvəl məzun olmuş məktəblilərin GÖRÜŞÜ – FOTO

140749

50 il əvvəl məzun olmuş məktəblilər görüşüb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, duyğulu anlar Ağcabədi rayonunda yaşanıb. 

Belə ki, rayonun Sarıcalı, Taynaq və Poladlı kəndindən olan məktəblilər 1973-cü ildə bitirdikləri Sarıcalı kənd tam orta məktəbinin qarşısında görüşüblər. Müxtəlif peşə sahibləri olan sinif yoldaşlarının əlli il sonra görüşü ortaya duyğulu mənzərə qoyub. Görüş iştirakçıları öncə məktəbə adı verilən şəhid Müşviq Uluxanovun büstünü ziyarət edib, onun timsalında Vətən uğrunda canından keçmiş əziz şəhidlərin xatirəsinə sayğı duruşu ilə ehtiram göstəriblər.

Bundan başqa həyatdan köçmüş sinif üzvləri, məktəbin müəllimlərinin məzarı ziyarət edilib.

Onların ruhuna dualar oxunub. Görüşün təşəbbüskarı Məhərrəm Şirinov qeyd edib ki, tədbirdə əsas məqsəd birlik, həmrəyliyin möhkəmliyi, həm də gənclərə bir örnək göstərməkdir: "32 nəfərlik kollektivdən qalanlar gördüyünüz bu adamlardır. Uca Allah bütün dünyasını dəyişən müəllimlərə rəhmət eləsin. Bu toplantının, həmçinin gənclərə örnək olmasını istəyirik. Çünki təhsil ocaqlarında nə qədər görüşlər olsa, bu, bir o qədər də elmə, təhsilə olan marağın artmasına səbəb olacaq", - M.Şirinov bildirib. 

Ölkənin müxtəlif bölgələrində, fərqli sahələrdə çalışan mərasim iştirakçıları həm də dövrünün ən uğurlu buraxılışı hesab edilirmiş. Çünki onlar arasında 20 nəfərdən artıq məzun ali təhsil almağa müvəffəq olublar. Görüş zamanı kənddə aparılması zəruri hesab edilən xeyriyyə işləri müzakirə edilib. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO