Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruzun son günlərdə səhhətinin xa0anidən pisləşməsi ilə bağlı xəbər vermişdik. Bildirmişdik ki, şair xa0müalicə və müayinə üçün klinikaya aparıblar.
Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza Moderator.az saytına şairin durumu ilə bağlı xa0açıqlama verib.xa0
Xəyal Rza xa0şairin durumunun yaxşı olduğunu, elə böyük narahatlıq olmadığını, ev şəraitində dincəldiyini söyləyib
.
“ Hazırda durumu yaxşıdır. Evə yazılıb. xa0Səhhəti xa0elə böyük bir problem olduğundan söhbət gedə bilməz. Gərgin iş şəraitinə bağlı kiçik bir narahatlıq keçirib. xa0Hazırda evdə dincəlir. Biz hər gün əlaqə saxlayırıq, ziyarətinə gedirik. Hər şey normaldır. Şair xa0yaxın günlərdə işinin başına dönəcək”x9d.
Kəmalə Yusifli









































































































