Azərbaycan-Türkiyə birgə təlimləri DAVAM EDİR – FOTO/VİDEO  

Azərbaycan-Türkiyə birgə təlimləri DAVAM EDİR – FOTO/VİDEO  

Hazırda oxunan: Azərbaycan-Türkiyə birgə təlimləri DAVAM EDİR – FOTO/VİDEO  

140641

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anatolian Phoenix - 2023” ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.  

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Plana uyğun olaraq, beynəlxalq təlimin növbəti mərhələsində paraşüt hazırlığı və patrul fəaliyyəti üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib.  

Ssenariyə əsasən, qəzaya uğramış ekipaj üzvlərinin şərti düşmən arxasında axtarış-xilas və təxliyə edilməsi üzrə növbəti fəaliyyəti təlim iştirakçıları tərəfindən uğurla icra olunub. 

Tapşırıqların yerinə yetirilməsində əsas diqqət şəxsi heyətin paraşütlərdən istifadə bacarıqlarının təkmilləşdirilməsinə, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasına yönəldilib.  
Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, texniki heyəti və aviasiya vasitələri ilə yanaşı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları təmsil edir. 
 



Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO