Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq etdi: “Sürət həddini aşmayın”

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq etdi: “Sürət həddini aşmayın”

Hazırda oxunan: Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq etdi: “Sürət həddini aşmayın”

14054

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin küləkli olması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Bizim.Media xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hazırda respublika ərazisində müşahidə olunan güclü küləkli hava şəraitini nəzərə alaraq sürücülərin nəqliyyat vasitələrini hündür mərtəbəli binaların yaxınlığında, eyvanların altında və aşmağa meyilli ağacların ətrafında park edilməsi olduqca təhlükəlidir.

 

MÖVZU İLƏ BAĞLI:

Yol qəzalarında 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb - STATİSTİKA


V. Əsədov qeyd edib ki, sürücülər hərəkətdə olan zaman hava şəraiti ilə bağlı baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması həmçinin yarana biləcək təhlükəli vəziyyətlərdə özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün yollarda müəyyən edilmiş surət həddinə və yol nişanlarının tələblərinə ciddi əməl etməli, ötmə və manevr hərəkətləri edən zaman daha da diqqətli olmalıdırlar:

"Vətəndaşların həyat və sağlamlığının qorunması, avtomobillərinə ziyan dəyməməsi üçün bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı və vacib olmadığı halda avtomobildən istifadə etməmək tövsiyə olunur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO