Qulağını eşşək dişləyən Astara sakini ilə bağlı YENİ XƏBƏR

Qulağını eşşək dişləyən Astara sakini ilə bağlı YENİ XƏBƏR

Hazırda oxunan: Qulağını eşşək dişləyən Astara sakini ilə bağlı YENİ XƏBƏR

140447

Qulağını ulaq dişləyən Astara rayonu Pəlikeş kəndinin sakini Vəliyulla Əliabbasovdan xəbər var.

Bu barədə Bizim.Media-ya Pəlikeş inzibati ərazi üzrə nümayəndə Xəqani Xaliqov məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

“Bir də gördüm, qulağım yoxdur…” – Qulağını eşşək qopardan kişi danışdı + VİDEO


O bildirib ki, səhər saatlarənda Vəliyulla Əliabbasov nümayəndəlikdə olub:

“Səhhəti normaldır. Heç bir şikayəti yoxdur. Onun qulağını qopardan ulaq da saxlanılıb. Hazırda ulaq sahibinin həyətində ağaca bağlı, baytar nəzarəti altında saxlanılır. Baytar həkimləri bildiriblər ki, əgər 40 günə kimi eşşək ölsə, deməli onda quduzluq xəstəliyi var.

Əgər ölməsə, deməli ulaq xəstə deyil. Bir də ki, həmin ulaq bir müddət əvvəl başqa kənd sakininə də xələl yetirmişdi. Bir az dəcəl eşşəkdir”.

Qeyd edək ki, bir neçə gün əvvəl Astara rayonu Pəlikeş kənd sakini Vəliyulla Əliabbasov qonşunun ulağının hücumuna məruz qalıb. Nəticədə ulaq kənd sakinin qulağını qopardıb və bədəninə xətər yetirib. Həkimlərin vaxtənda müdaxiləsi hesabına Vəliyulla Əliabbasovun qulağə yerinə tikilib.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO