Masallıda gizli toy təşkil etmək istəyənlər cəzalandırılıblar.
Bizim.Media xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı Masallı şəhər sakini İ. Vəliyevin karantin rejiminin qaydalarını pozaraq qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən olunub.
MÖVZU İLƏ BAĞLI:
Gizli toy edənlərin məclisi dayandırıldı - 19 nəfər cərimələndi
Polis əməkdaşları tərəfindən həmin məclisdə iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub.
13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən qanunamüvafiq tədbirlər görülüb.
Bizim.Media