Azad Rəhimov:

Azad Rəhimov: "Otellər qonaqlar üçün tam hazır vəziyyətdədir"

Hazırda oxunan: Azad Rəhimov: "Otellər qonaqlar üçün tam hazır vəziyyətdədir"

140300
Bakıda keçiriləcək “Formula-1”x9d Avropa Qran-pri yarışına hazırlıq işləri plana uyğun gedir. Yarış iştirakçılarını və rəsmi qonaqları qarşılamaq üçün lazımi tədbirlər görülür.

Bu sözləri iyunun 9-da Qəbələ şəhərində jurnalistlərə müsahibəsində gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilib, elektron viza prosesi həyata keçirilir: 

“Çalışırıq ki, Azərbaycana gələcək 3 minə yaxın qonağı və idmançını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yüksək səviyyədə qarşılayaraq otellərdə yerləşdirə bilək. 

Qonaqlar üçün otellər tam hazır vəziyyətə gətirilib. Eləcə də, iyunun 17-dən 19-dək “Formula-1”x9d yarışlarının keçiriləcəyi Bakı şəhər halqası da hazırdır. Bu gün şəhərdə avtomobillərin hərəkətinin dayanmaması üçün Bakı şəhər halqasını bağlamırıq. Yarışla bağlı iyunun 16-da həmin yollar bağlanacaq. 

Ümumiyyətlə, Bakı şəhər halqası boyunca hazırlıq işləri yekunlaşmaq üzrədir. İşlər beynəlxalq standartlar səviyyəsində görülüb. Ümid edirəm ki, 3 gün ərzində bu idman yarışı yüksək səviyyədə keçiriləcək”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO