Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı əmək nazirlərinin iclası KEÇİRİLDİ - FOTO

Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı əmək nazirlərinin iclası KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı əmək nazirlərinin iclası KEÇİRİLDİ - FOTO

140254

Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Cenevrədə (İsveçrə) Beynəlxalq Əmək Konfransının 111-ci sessiyası keçirilir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BƏT-in Baş direktoru Jilbert Hunqbonun sessiyanın açılışında etdiyi məruzədəki məsələlərin aktuallığını qeyd edib. 

Nazir mürəkkəb siyasi-iqtisadi proseslərin regional və qlobal miqyasda mənfi təsirlərinə baxmayaraq, Azərbaycanda yüksək inkişaf tempinin davam etdiyini, ölkədə son 5 ildə sosial ödənişlərdəki ciddi artımları, habelə sosial sektorda həyata keçirilən böyük rəqəmsallaşma proqramının nəticələrini, artıq 140-dan çox sosial xidmətin elektronlaşdırıldığını diqqətə çatdırıb.

DOST konsepsiyasının nailiyyətlərindən, "Əmək və Məşğulluq" altsisteminin mühüm faydalarından bəhs olunub. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri barədə məlumat verilib. 

Azərbaycanın 2019-cu ildən Qoşulmama Hərəkatının sədri olmaqla pandemiyaya qarşı mübarizədə qlobal səylərin güclənməsi üçün uğurlu təşəbbüslərindən bəhs olunub. COVID-19 pandemiyasından sonra üzv ölkələrdə səmərəli məşğulluq tədbirlərinin və xüsusən həssas qruplarla bağlı sosial müdafiənin gücləndirilməsinin, BƏT-lə sıx əməkdaşlığın önəmi vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO