Şuşa Hotel-Konqres Mərkəzi ilə bağlı rəsmi AÇIQLAMA

Şuşa Hotel-Konqres Mərkəzi ilə bağlı rəsmi AÇIQLAMA

Hazırda oxunan: Şuşa Hotel-Konqres Mərkəzi ilə bağlı rəsmi AÇIQLAMA

140209

Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi üzrə saxlanma xərcləri kənar idarəediciyə, yəni ixtisaslaşmış şirkətə ötürülməsi nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, kompleksin idarə olunması isə nazirliyin balansında olacaq.

“Kompleks bir il ərzində tikilib və son ana qədər orada rəhbərliyin göstərişi ilə müxtəlif dəyişikliklər və əlavələr olub. Bu səbəbdən əlavə, gözlənilməz xərclər çıxdı. Bu şeylər proqnozlaşdırıla bilmir", - deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin təməli 2021-ci il avqustun 29-da qoyulub, 2023-cü ilin mayın 10-da isə onun açılışı olub. Kompleks şəhərin mərkəzində - Zəfər yolunun üzərində yerləşir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO