Mərdəkan qəsəbəsində yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında özbaşınalıq hökm sürür.
Bu iddia ilə Bizim.Media-ya Xəzər rayon sakini Rəna Əmirli çıxış edib. Bildirdiyinə görə, xəstəxanada həkim qəbuluna növbəsiz buraxılmaq üçün rüşvət tələb edilir. Vətəndaş deyir ki, ötən gün sözügedən xəstəxananın göz həkimi Fərhad Nurməmmədovun qəbuluna gedib və əvvəlcədən növbə yazdıraraq gözləyib.
Amma axşam saat 6-ya qədər onun növbəsi çatmayıb:
“Tələbə olduğum üçün həkimə getmək fürsətim olmur. Dünən vaxt edib, bibimlə gözümü müayinə etdirmək üçün 26 saylı Xəstəxanaya getdim. Çox təssüf olsun ki, göz həkimi Fərhad Nurməmmədov məni qəbul etmədi. Həkimin qəbulunda əməlli-başlı özbaşınalıq, sistemsizlik, növbəsizlik və nəzarətsizlik hökm sürür. Bizim kimi səhər saat 8-dən, 9-dan növbə gözləyənlər var idi. Həkim qəbuluna daxil ola bilmədim.
Arxa qapıdan başqa xəstəxanalarda gözdən əməliyyat olunan xəstələri növbəsiz Fərhad həkimin qəbuluna keçirirdilər. Növbədə dayananları isə Fərhad həkim saymırdı. Bibim həkimin otağının qarşısında dayanıb baş verənləri izləyirdi. Bu zaman mühafizəçi bibimə yaxınlaşıb, “burada dayanma, nəyə baxırsan? Kənara çəkil, gedin əyləşin” deyə bildirdi. Bibim isə “niyə əyləşim, nədən qorxursuz, niyə narahatsız?” deyə cavab verdi.
Mühafizəçinin bibimi əyləşdirmək və həkimin otağına boylanmaması üçün dirənişini anlaya bilmirdik. Bir qədər keçmişdi ki, mühafizəçi gedib Fərhad həkimin tibb bacısı olan həyat yoldaşı Cəmilə xanımı çağırdı. Cəmilə xanım da mühafizəçi kimi yüksək səs tonu ilə bibimə “gedin əyləşin, burada dayanmayın. Elə edəcəksiz ki, sizi ən sona saxlayacam və buradan axşam gedəcəksiz” deyə şantaja keçdi. Çünki bibim arxa qapıdan növbəsiz xəstələrin neçə içəri buraxıldığını öz gözü ilə görürdü”.
Rəna Əmirlinin sözlərinə görə xəstəxanada müşahidə kameraları var, yaxşı olar ki, aidiyyəti qurumlar tibb müəssisəsində baş verən haqsızlıqları və həkimlərin vətəndaşları necə incitdiklərini görmək üçün o görüntüləri araşdırsınlar:
“Fərhad həkimlə həyat yoldaşı Cəmilə xanım orada ailə biznesi qurub. Vətəndaşlara yuxarıdan aşağı baxırlar. Baxmayaraq xəstəxana icbari tibbi sığortaya keçib, amma onlar xəstələrdən rüşvət alırlar. Vətəndaşları bu qədər incitmək olmaz. Bu gün cənab prezidentimiz işğaldan azad olunmuş torpaqlarımızda “ağıllı” xəstəxanalar tikir və vətəndaşların himayəsinə verir. Çox təssüf ki, bəzi həkimlər bu cür uğurlu işlərə kölgə salır. Bu məsələ araşdırılmalı və insanların haqqına girən həkimlər cəzalanmalıdır”, deyə şikayətçi əlavə edib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, şikayət araşdırıldıqdan sonra ətraflı məlumat veriləcək.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:00 / 07.06.2023
26 saylı Şəhər Xəstəxanasında ÖZBAŞINALIQ – Qəbula növbəsiz buraxılanlardan pul tələb edilir? – ŞİKAYƏT
Hazırda oxunan: 26 saylı Şəhər Xəstəxanasında ÖZBAŞINALIQ – Qəbula növbəsiz buraxılanlardan pul tələb edilir? – ŞİKAYƏT
Hazırda oxunan: 26 saylı Şəhər Xəstəxanasında ÖZBAŞINALIQ – Qəbula növbəsiz buraxılanlardan pul tələb edilir? – ŞİKAYƏT
140205
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.