İsmayıllıda 15 yaşlı qız sirkə turşusu içdi - SƏBƏBİ BİLİNMİR

İsmayıllıda 15 yaşlı qız sirkə turşusu içdi - SƏBƏBİ BİLİNMİR

Hazırda oxunan: İsmayıllıda 15 yaşlı qız sirkə turşusu içdi - SƏBƏBİ BİLİNMİR

140139

İsmayıllıda 15 yaşlı qız sirkə turşusu içərək zəhərlənib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə dünən axşam saat 21:00 radələrində İsmayıllı şəhərində qeydə alınıb.

Rayon sakini, 2008-ci il təvəllüdlü Babayeva Nazlı Elsur qızı yaşadığı evdə özünü öldürmək məqsədilə sirkə turşusu içib.

Ailə üzvləri hadisədən tez xəbər tutub, kömək üçün dərhal təcili tibbi yardım stansiyasının həkimlərini çağırıblar. Zəhərlənərək halı pisləşən xəstə ambulans avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məktəbin 9-cu sinif şagirdi olan Nazlı Babayevanın özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO