Sfera.az xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Namiq Ağayev birinci sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə danışıb.
Onun sözlərinə görə, hazırda Bakıda 3-5 faiz məktəblərdə daimi qeydiyyat tələb olunur. Digər məktəblərdə isə valideynlər qarşısında qeydiyyat tələbi qoyulmur:
"Həmin valideynlər digər məktəblərdə qeydiyyatdan keçə və sorğu yerləşdirə bilər”.