Uşaq 1-ci sinfə qəbul imtahanından kəsilərək növbəti ilə SAXLANILIB – Anasından ŞİKAYƏT  

Uşaq 1-ci sinfə qəbul imtahanından kəsilərək növbəti ilə SAXLANILIB – Anasından ŞİKAYƏT  

Hazırda oxunan: Uşaq 1-ci sinfə qəbul imtahanından kəsilərək növbəti ilə SAXLANILIB – Anasından ŞİKAYƏT  

140016

Rus bölməsi üzrə 1-ci sinfə qəbuldan kəsilən azyaşlının valideyni Bizim.Media-ya müraciət edib.

Ramilə Məmmədova müsahibə zamanı verilən suallardan ikisinə cavab vermədiyi üçün kəsilən 7 yaşlı qızının növbəti ilə saxlanıldığından gileylənib.

O, ilk sinfə qəbulda azyaşlının sıxışdırılmasının və indidən psixoloji sarsıntı keçirməsindən narahatlığını ifadə edib:

“İyunun 2-də qızımın Nəsimi rayonu 14 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olunması üçün Binəqədi rayonu 276 saylı məktəbdə imtahanı oldu. Mənim digər iki övladım da 14 saylı məktəbdə təhsil alır və evimə yaxındır. Qızımı 3 müəllim imtahandan keçirdi və bir neçə ümumi bilgilərdən suallar verildi. İki sualda ilişdi və cavablandıra bilmədi.

Ümumiyyətlə uşaq tez özünü itirəndir. Amma o, 1 ildir hazırlığa gedir. Ötən gün mənə mesaj gəldi ki, “sizin qızınız 1-ci sinfə qəbul edilmədi”. Qızım 7 yaşındadır və sentyabrda artıq 8 yaşı olacaq. Növbəti ilə qalsa gecikir. Bu nə deməkdir? Onsuz da məktəb təlim və tədris öyrətmə müəssisəsidir. Uşağın taleyi ilə niyə oynayırlar?”
Valideyn məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə məktubla müraciət etdiyini də bildirib.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov hesab edir ki, həmin uşağa yenidən şans verilməli və təkrar imtahan götürülməlidir:

“Yaxşı olar ki, nəticədən narazı olan valideyn Elm və Təhsil Nazirliyinə müraciət etsin. Yekun nəticədə videoları təkrar izlənilir. Əgər ehtiyac olarsa, təkrar imtahan belə mümkündür.

Hazırda bu imtahanların əsas məqsədi rus dilində anlama, dinləmə, danışma qabiliyyəti olanların rus bölümündə təhsilini təmin etməkdir ki, tədris keyfiyyətli təşkil oluna bilsin. Təbii ki, bu uşaqların konsistusyon təhsil alma hüquqlarını məhdudlaşdırmamalıdır. Həqiqətən də uşaq rus dilini bilirsə, o, rus bölməsi üzrə təhsilini davam etdirməlidir”.  

Kamran Əsədov əlavə edib ki, artıq 3 ildən çoxdur ki, rus bölümü üzrə 1-ci sinfə qəbul olmaq istəyənlər müsahibəyə cəb edilir:

“Ölkənin hazırda 4432 məktəbinin 340-da dərslər tamamilə rus dilində keçilir və 90 min şagird təhsil alır. Eyni zamanda 850 min şagirdimizə ikinci xarici dil kimi rus dili tədris olunur. Hər il orta ümumtəhsil məktəblərin rus bölümü üzrə 1-ci sinfinə 15 min şagird qəbulu həyata keçirilir.

İlk dəfə məktəbəqədər birincilərin rus dilində bilik, bacarıq, anlama, dinləmə qabiliyyətlərinin yoxlanılması həyata keçirilir ki, onlar 1-ci sinfə gedəndə dərs prosesində qeyri-müəyyənlik yaranmasın. Qeyd edim ki, hazırki müsahibələr bir qədər çətindir.

Uşaqların yaş xüsusiyyəti və psixologiyaları onların imtahan edilməsinə uyğun deyil. Onlar bu tipli imtahanlardan deyil, daha sadə formatda yoxlanılmalıdırlar. Eyni zamanda uşaqlara bir deyil, bir neçə dəfə şans verilməlidir”. 
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etsək də, qurumdan hər hansı açıqlama verilməyib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO