Bu şəxslərə işsiz olduğu üçün 250 AZN təqaüd təyin olunur

Bu şəxslərə işsiz olduğu üçün 250 AZN təqaüd təyin olunur

Hazırda oxunan: Bu şəxslərə işsiz olduğu üçün 250 AZN təqaüd təyin olunur

139766
"İşsizlikdən sığorta ödənişi alan vətəndaşların əhatə dairəsinin genişləndirilməsi üçün müvafiq qanunvericiliyə dəyişikliklər hazırlanıb”.

Sfera.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev "Sosial Saat”da çıxışı zamanı deyib.

O qeyd edib ki, hər ay işsizlikdən sığorta ödənişi almaq hüququna malik olan vətəndaşlar haqqında məlumat toplanılır: "Ödəniş almaq hüququ olan vətəndaşlara özümüz müraciət edəcəyik. Bundan başqa, əgər hansısa vətəndaşın ödənişi praktiv qaydada alması mümkün olacaqsa, onlara ödənişlər praktiv şəkildə təyin ediləcək”.

Sədr müavini vurğulayıb ki, hazırda proses davam edir: "Agentliyimizin Ərazi Məşğulluq Mərkəzləri üçün təlimatlar hazırlanıb və yaxınlarda onlara göndəriləcək”.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO