İcarəyə götürdüyü maşınla QƏZA TÖRƏTDİ - Özü öldü, qardaşı isə... 

İcarəyə götürdüyü maşınla QƏZA TÖRƏTDİ - Özü öldü, qardaşı isə... 

Hazırda oxunan: İcarəyə götürdüyü maşınla QƏZA TÖRƏTDİ - Özü öldü, qardaşı isə... 

139713

Bu gün saat 04 radələrində 1999-cu il təvəllüdlü Şiriyev Tural Araz oğlu "Rent-a-car"dan icarə götürdüyü Hyundai Sonata markalı 99-LX-111 dövlət qeydiyyat nişanlı avtomobillə Salyan yolu küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. 

Bizim.Media "unikal.az"a istinadən xəbər verir ki, avtomobilin yol kənarına aşması nəticəsində Tural Şiriyev hadisə yerində ölüb, avtomobildə sərnişin qismində olmuş qardaşı 2000-ci il təvəllüdlü Turqay Şiriyev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı Bakı şəhəri Səbail RPİ-də Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO