Ağdamdakı vəziyyət bizi heyrətləndirdi - AŞPA-nın həmməruzəçisi

Ağdamdakı vəziyyət bizi heyrətləndirdi - AŞPA-nın həmməruzəçisi

Hazırda oxunan: Ağdamdakı vəziyyət bizi heyrətləndirdi - AŞPA-nın həmməruzəçisi

139668

Biz Ağdamda Qarabağ müharibəsinin nəticələrini gözlərimizlə gördük. Buradakı vəziyyət bizi çox heyrətləndirdi. Mənim üçün bunları görmək dəhşətlidir.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində işğaldan azad olunmuş Ağdam şəhərinə səfər etmiş AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi Liz Kristofersen deyib.

“Şəhəri tamamilə dağıntılar içində görmək, məzarlıqda məzarların boş olduğunu, insanların geri qayıdaraq öz gənc qohumlarının xatirəsini yad etdiyini görmək çox təsiredicidir.

Bütün bunları gördükdə müharibənin həll yolu olmadığını açıq-aydın görürsən. Ümid edirəm ki, şəhər yenidən bərpa olunacaq və burada yaşayan insanlar geri dönəcəklər. Burada aparılan tikinti və quruculuq işləri gələcəkdə Ağdama köçərək insanların yaxşı yaşamaları üçündür”, – deyə AŞPA-nın həmməruzəçisi bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO