İqbal Ağazadənin Seçki Qərargahı növbəti məlumatını yayıb.xa0xa0Moderator.az-a daxil olan məlumatda deyilir:
“İqbal Ağazadənin Seçki Qərargahı bu gün Ağdaşın Ərəbocağı kəndində qapı-qapı təbliğat kampaniyasını davam etdirib. Sakinləri ilə görüşən qərargah üzvlərimiz seçicilərə materialları paylayıb, namizədlə bağlı əlavə məlumatlar verib, seçiciləri 18 iyunda seçkidə iştirak etməyə və İqbal Ağazadəyə səs verməyə çağırıblar. Ağdaşlılar adət və ənənələrinə sadiq qalaraq bu kəndə də qərargah üzvlərimizi çox mehriban, qonaqpərvərliklə və isti qarşılayıblar.xa0
Sakinlər Ərəbocağı kəndində və rayonda olan əsas problemlərlə bağlı da qərargah üzvlərini məlumatlandırıb. Bəlli olub ki, hakimiyyət namizədi Cavid Osmanov I müavin olduğu müddətdə kəndlərin heç bir problemi ilə maraqlanmayıb. Ərəbocağı kəndinə qaz xətti çəkilsə də, hələ də qaz verilməyib, içməli su problemi isə çox ciddidir. Bəzi seçicilər isə ümumiyyətlə Cavid Osmanovu tanımadıqlarını bildiriblər.
Bu günə qədər digər ərazilərdə aparılan təbliğat öz effektini verməkdədir. İqbal Ağazadənin təbliğat materiallarında yazdıqı şəxsi telefonuna artıq gün ərzində yüzlərlə seçici tərəfindən zənglər gəlir. Seçicilər ona öz dəstəklərini ifadə edərək, İqbal Ağazadənin parlament fəaliyyətindən xəbərdar olduqlarını bildirib. Qeyd ediblər ki, o, hər zaman parlament kürsüsündən xalqın problemlərini deyib və onların həll olunmasına çalışıb. Seçicilər artıq öz namizədlərini müəyyənləşdiriklərini bildirərək, açıq olaraq bəyan edirlər ki, İqbal Ağazadəyə səs verəcəklər.
Əlavə olaraq qeyd edək ki,hakimiyyət namizədinin təşkil etdiyi dəstələrin qanunsuz hərkətləri səngimək bilmir. Kəndlərin icra nümayəndləri və bələdiyyə sədrləri Seçki Məcəlləsini pozaraq kampaniyaya müdaxilə edirlər. Onlar hakimiyyət namizədinin xeyrinə inzibati resurslardan istifadə edərək, seçicilərə təzyiq göstərir, hakimiyyət namizədinə səs verməyəcəkləri halda cəzalandırılacaqlarını deyirlər. Patriyamız tərəfindən bununla bağlı rəsmi qurumlara müraciət olunacaq. Artıq hər kəsə məlumdur ki, bələdiyyə sədrlərinin və icra nümayəndələrinin etdikləri qanunsuzdur və bu təxribatlar rayon icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənov və namizəd Cavid Osmanov tərəfindən təşkil olunur. Və bu haqda MnSK sədrləri və DSK-nın sədrinin də məlumatı var, amma qarşısını almaq üçün heç bir tədbir görmürlər.
İ.Ağazadənin qapı-qapı təbliğat kampaniyası və namizədin seçicilərlə görüşü davam edir”x9d.



































































































