Qusarda ağır qəza: Sürücünün həyat yoldaşı öldü

Qusarda ağır qəza: Sürücünün həyat yoldaşı öldü

Hazırda oxunan: Qusarda ağır qəza: Sürücünün həyat yoldaşı öldü

139605

Qusar rayonu ərazisində, Qusar-Şahdağ yolunda  ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

Bizim.Media xəbər verir ki, Qusarın Yuxarı Ləyər kənd sakini, 49 yaşlı Nadir Şahkərəm oğlu Ağarzayevin  idarə etdiyi “Jiquli” markalı avtomaşınla Qusarın Urva kənd sakini, 32 yaşlı Volodiya Həzrəbəg oğlu  Eyvazovun idarə etdiyi avtomaşın toqquşub. Nəticədə “Jiquli”dəki sərnişin, sürücünün həyat yoldaşı, 48 yaşlı Yeganə Muradhasil qızı  Ağarzayeva xəstəxanada ölüb.

Hər iki sürücü isə Qusar rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Qəzanın başvermə səbəbini Qusar polis şöbəsinin istintaq bölməsi araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO