Qərb bölgəsində güclü külək əsir, bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb

Qərb bölgəsində güclü külək əsir, bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb

Hazırda oxunan: Qərb bölgəsində güclü külək əsir, bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb

139581

Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur, bəzi rayonlarda leysan yağış və dolu yağır. 

Bizim.Media report-a istinadən xəbər verir ki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux rayonlarında güclü küləklə müşahidə olunan yağış yağıb. 

Bir neçə kəndlərə dolu düşüb. Küləkli hava səbəbindən Qazax və digər rayonların bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Bundan başqa, Şəmkirdə də elektrik enerjisinin verilməsində fasilə yaranıb. 
Qeyd edək ki, bölgədə güclü ildırım da çaxır. Küləkli hava şəraiti həmçinin Gəncə şəhərində də müşahidə olunur. 

Əsən güclü külək səbəbindən Bakı-Qazax magistral yolunda nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaradıb. 

Bölgədə qeyri sabit hava şəraiti səbəbindən başqa fəsadların olub-olmadığı adiəti qurumlar və idarələr tərəfindən araşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO