Neftçalada uzunluğu 90 kilometr olan daşıyıcı içməli su xətləri inşa edilib

Neftçalada uzunluğu 90 kilometr olan daşıyıcı içməli su xətləri inşa edilib

Hazırda oxunan: Neftçalada uzunluğu 90 kilometr olan daşıyıcı içməli su xətləri inşa edilib

139576

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Neftçala rayonunun içməli su çatışmazlığından əziyyət çəkən kənd və qəsəbələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə layihə icra olunub. Layihə 27 yaşayış məntəqəsini əhatə edib və kəndlərdə ümumi uzunluğu 90 kilometr olan daşıyıcı içməli su xətləri inşa edilib. 

Bizim.Media xəbər verir ki, bunu “Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev bildirib. 

Qeyd edib ki, Şirvan-Muğan qrup su kəməri 2012-2013-cü illərdə inşa edilib. 107 kilometr uzunluğunda olan kəmər Kür-Sutəmizləyici Qurğular Kompleksindən çəkilmiş Kür-Bakı magistral kəmərindən qidalanır. 

Onun sözlərinə görə, kəmərin marşrutu boyu yaşayış məntəqələrinin içməli su ilə təmin edilməsi məqsədilə Hacıqabul, Şirvan, Salyan və Biləsuvar şəhərlərində ümumi tutumu 50 min kubmetr olan su anbarları inşa olunub.
Vurğulayıb ki, magistral kəmərdən Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərləri, həmçinin kəmərin marşrutu boyu yerləşən kəndlər içməli su ilə təmin olunur. Bu layihədən perspektivdə 470 min nəfər faydalanacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO