Şuşada kütləvi məzarlıq aşkarlanan əraziyə səfər təşkil olunub, faktlar nümayiş etdirilib

Şuşada kütləvi məzarlıq aşkarlanan əraziyə səfər təşkil olunub, faktlar nümayiş etdirilib

Hazırda oxunan: Şuşada kütləvi məzarlıq aşkarlanan əraziyə səfər təşkil olunub, faktlar nümayiş etdirilib

139545

Birinci Qarabağ müharibəsində əsir və girov götürülərək öldürülən və işğal olunmuş ərazilərdə basdırılan azərbaycanlılara aid meyit qalıqlarının aşkar olunmasını əks etdirən istintaq materialları Şuşa türməsinin həyətində aşkarlanan kütləvi məzarlıqla bağlı çəkiliş aparan jurnalistlərə nümayiş etdirilib. 

Bizim.Media report-a istinadən xəbər verir ki, video və fotolar istintaq materialları əsasında hazırlanıb. 

Kütləvi məzarlıqlarda aşkar olunan meyit qalıqlarına nəzər yetirdikdə onların əl və ayaqlarının bağlanıldığı, xüsusi amansızlıq və qeyri-insani şəraitdə qətlə yetirilərək basdırıldıqları məlum olur. 

Qeyd edək ki, Şuşa şəhərində kütləvi məzarlıq aşkar edilib. Bu gün media nümayəndələri kütləvi məzarlığın aşkar olunduğu Şuşa türməsinin ərazisində olublar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO