Sumqayıtda “Göyərçin” parkı ərazisində qanunsuz obyekt SÖKÜLÜB – VİDEO

Sumqayıtda “Göyərçin” parkı ərazisində qanunsuz obyekt SÖKÜLÜB – VİDEO

Hazırda oxunan: Sumqayıtda “Göyərçin” parkı ərazisində qanunsuz obyekt SÖKÜLÜB – VİDEO

139476

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

Bizim.Media xəbər verir ki, FHN-dən APA-ya verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən Sumqayıt şəhərində yerləşən “Göyərçin” parkı ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və tikilməkdə olan obyekt sökülüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO