"İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə" Qanun layihəsində, peşə hazırlığı və əlavə təhsilin təşkilinə, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsnə, haqqı ödənilən ictimai işlərin həyata keçirilməsinə ümumilikdə 25,2 milyon manat ayrılması müəyyən edilib.
Bizim.Media xəbər verir ki, bu barədə adıçəkilən qanun layihəsinə Hesablama Palatasının rəyində əks olunub.
Rəyə əsasən, bu vəsait Fondun ümumi xərclərinin 11,6 faizini, əhalinin məşğulluğunun təmin edilməsi üzrə xərclərin 18,8 faizini təşkil edir.
Fondun cari ilin təsdiq edilmiş büdcəsində qeyd edilən istiqamətlər üzrə 27,5 milyon manat vəsait nəzərdə tutulub, amma layihədə proqnozlaşdırılan vəsait 2,2 milyon manat və ya 8,0 faiz azdır.
Layihədə, peşə hazırlığı və əlavə təhsilin təşkili üzrə proqnozlaşdırılan vəsaitin 2,0 milyon manat azaldılması təklif edilib. Çünki həmin azalmanın Peşə Hazırlığı Mərkəzlərində nəzərdə tutulmuş tikinti layihəlarinin və avadanlıqların alınmasının növbəti ilə keçirilməsi ilə bağlı olduğu bildirilib.
Fondun büdcəsinə Hesablama Palatasının cari il üzrə hazırlanmış rəyində, peşə hazırlığı mərkəzlərinin tikintisi və avadanlıqların alınması ilə bağlı xərclərin Dövlət Məşğulluq Agentliyinin tabeliyində olmasını nəzərə alaraq, bu istiqamətdə xərclərin Agentliyin aparatı və yerli orqanlarının saxlanması ilə bağlı xərclərde nəzərdə tutulmasının məqsədəuyğun olması qeyd edilib.
Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaya əsasən, peşə yönümünə dair məsləhət xidmətlərinin ümumi təhsil məktəbləri, peşə, orta ixtisas və ali təhsil müəssisələrində həyata keçiriləcəyi nəzərə alaraq, həmin istiqamətdə xərclərin 1,0 milyon manat azaldılması nəzərdə tutulub.
Qeyd edək ki, 2021-ci ildə bu istiqamətdə proqnozun 13,0 faizi, 2022-ci ildə isə 55,0 faizi xərclənib. İcranın aşağı göstəricilərlə qeydə alınması proqnozun daha yüksək olduğunu əks etdirir.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:30 / 03.06.2023
Təhsilin bu sahələrinə ayrılan vəsaitin HƏCMİ AZALDILIR
Hazırda oxunan: Təhsilin bu sahələrinə ayrılan vəsaitin HƏCMİ AZALDILIR
Hazırda oxunan: Təhsilin bu sahələrinə ayrılan vəsaitin HƏCMİ AZALDILIR
139475
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.