FAKTİKİ HAVA: Bakıda 27 dərəcə isti var, bölgələr isə…

FAKTİKİ HAVA: Bakıda 27 dərəcə isti var, bölgələr isə…

Hazırda oxunan: FAKTİKİ HAVA: Bakıda 27 dərəcə isti var, bölgələr isə…

139406

Bakıda 27 dərəcə isti qeydə alınıb, Kürdə suyun səviyyəsi artıb. 

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, iyunun 2-si saat 19:00-a olan məlumata əsasən, Daşkəsən, Balakən, Gədəbəy, Gəncədə şimşək çaxıb, arabir yağış yağıb. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24-27, Aran rayonlarında 28-31, dağlıq rayonlarda 17-19 dərəcə isti qeydə alınıb. 

Çaylarda nisbətən sabit sululuq müşahidə olunub, lakin Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 5 sm, Qarasuçay-Zərdabda 3 sm, Kür-Surrada 2 sm, Kür çayının Qıraqkəsəmən məntəqəsində isə 1 sm artıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO