Sfera.az xəbər verir ki, 74 yaşlı funksioner portuqaliyalı hücumçunun "kral klubu"na dönməyəcəyini deyib.
Peresin sözlərinə görə, bu məsələ barədə danışmağın mənası yoxdur: "Onun "Yuventus"la müqaviləsi var".
Qeyd edək ki, Kriştianu Ronaldunun İtaliya klubu ilə sözləşməsi 2022-ci ilin yayında başa çatmalıdır. Portuqaliyalı oyunçunun illik məvacibi 31 milyon avrodur. Forvard Turin klubuna 2018-ci ilin iyulunda "Real Madrid"dən 117 milyon avroya keçib.