Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Rüfət Hacıyev barəsində Quba rayon prokurorluğunda cinayət işi açılıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Rüfət Hacıyev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.
Prokurorluğa edilən şikayət əsasında aparılan araşdırmalardan sonra bu qərar qəbul edilib.
Faktla bağlı Baş Prokurorluğun Mətbuat Xidmətinə müraciət etsək də, hələlik sorğumuza cavab verilməyib.
Qeyd edək ki, Rüfət Hacıyev ötən il aprelin 29-da elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə rəis təyin edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:51 / 02.06.2023
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisinə cinayət işi AÇILDI - ÖZƏL
Hazırda oxunan: Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisinə cinayət işi AÇILDI - ÖZƏL
Hazırda oxunan: Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisinə cinayət işi AÇILDI - ÖZƏL
139295
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.