Naxçıvan Səhiyyə Nazirliyi Kollegiyasının yeni tərkibi təsdiqlənib

Naxçıvan Səhiyyə Nazirliyi Kollegiyasının yeni tərkibi təsdiqlənib

Hazırda oxunan: Naxçıvan Səhiyyə Nazirliyi Kollegiyasının yeni tərkibi təsdiqlənib

139190

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti may ayının son 15 günü ərzində bir sıra qərarlar qəbul edib. 

Bizim.Media xəbər verir ki bu barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata əsasən, Nazirlər Kabinetinin 2023-cü il 16 may tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2009-cu il 11 dekabr tarixli Qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən nazirliyin kollegiya üzvlərinin sayı 5 nəfərdən ibarət olaraq müəyyənləşdirilib.

Həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 may tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib. Dəyişikliyə görə “Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi” publik hüquqi şəxsin adı dəyişdirilərək “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxsi adı ilə əvəz edilib. Eləcə də “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəz” və yeni yaradılan “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO