Sığınacaqda yaşayan 4 uşaq anaları ilə görüşmək üçün həbsxanaya APARILDI  

Sığınacaqda yaşayan 4 uşaq anaları ilə görüşmək üçün həbsxanaya APARILDI  

Hazırda oxunan: Sığınacaqda yaşayan 4 uşaq anaları ilə görüşmək üçün həbsxanaya APARILDI  

139108

Azərbaycan Uşaqlar Birliyinin sığınacağında yaşayan 4 uşaq təcridxanaya anaları ilə görüşməyə aparılıb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə uşaqlar həbsxanada olan anaları ilə görüşəcək və 3 gün onlarla vaxt keçirəcəklər: 

“Hazırda bizim sığınacaqda yaşayan 5 uşağımızın anası qadın təcridxanasındadır. Bu gün bu həbsxanaya analarını görmək üçün 4 uşaq gətirmişəm. Növbəti dəfə yenə uşaqlar gətirəcəyik. Elə uşaqlarımız var ki, onların anaları istintaq təcridxanasındadır. Orada uşaqların anaları ilə qalması mümkün olmur. Sadəcə uzaqdan görüş təşkil olunub”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO