Əhali hansı televiziya verilişlərini daha çox izləyir? – SORĞU  

Əhali hansı televiziya verilişlərini daha çox izləyir? – SORĞU  

Hazırda oxunan: Əhali hansı televiziya verilişlərini daha çox izləyir? – SORĞU  

139100

Ölkə əhalisinin 1/5-i davamlı olaraq televiziya kanallarını izləyir. 

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb. 

Məlumatda deyilir ki, Mərkəzin keçirdiyi ötən sorğular vətəndaşların məlumat mənbələri arasında televiziyanın ilk sırada qərarlaşdığını göstərib.

Bu istiqamətdə növbəti rəy sorğusundan əldə olunan nəticələr yerli, yoxsa xarici televiziya yayımlarına üstünlük verildiyini, eləcə də daha çox hansı növ proqramların izlənildiyini müəyyən etməyə imkan verib. 

Ümumi nəticələrə görə, respondentlərin 81.8%-i televiziya kanallarını izlədiyini, 18.2% izləmədiyini bildirib. O cümlədən, sorğuda iştirak edənlərin 69.8%-i əsasən yerli televiziya kanallarına, 12.0%-i xarici televiziya kanallarına üstünlük verdiyini ifadə edib. 
Sorğu nəticəsində digər maraqlı nəticələr də ortaya çıxıb. Məsələn, 18-24 yaşlı gənclərin 46 %- telekanalları izləmir.  

Bundan başqa kənd yerlərində yaşayanların böyük hissəsi gününün çoxunu televiziya kanalı qarşısında keçirir. Belə ki, kənd ərazi vahidlərində yaşayan respondentlərin 87.6%-i, şəhərdə məskunlaşanların isə 77.0%-i televiziya kanallarını izlədiyini bildirib.

Kəndlərdə yaşayan respondentlərin 93.8%-i əsasən yerli, 6.2%-i əsasən xarici kanalları izlədiyini ifadə edərkən, şəhərdə yaşayanlar üzrə bu göstəricilər 80.5% və 19.5%-ə bərabər olub. 

Digər maraqlı fakt isə odur ki, kişilərə nisbətdə qadınlar telekannallara qarşı daha həssasdırlar. Beləki, gender aspektindən nəzərdən keçirdikdə, qadınların 86.1%-i, kişilərin 77.7%-i televiziya kanallarını izlədiyini bildirib. 

Respondentlərin hansı növ proqramları daha çox izləməsinə gəlincə,  “Xəbər və analitika” cavabı ən çox yaşı 65-dən yuxarı olan, “film və seriallar”, “şou və əyləncə” cavabları daha çox orta yaş qrupu iştirakçılar tərəfindən seçilib. 
“İctimai-siyasi” məzmunlu proqramlar daha çox ali təhsillilər, film və seriallar, şou və əyləncə tipli proqramlar orta təhsilli iştirakçılar tərəfindən izlənilir. 


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO