Zaqatalada 28 yaşlı şəxs at arabasından YIXILDI  

Zaqatalada 28 yaşlı şəxs at arabasından YIXILDI  

Hazırda oxunan: Zaqatalada 28 yaşlı şəxs at arabasından YIXILDI  

139081

Zaqatala sakini at arabasından yıxılıb. 

Hadisə axşam saatlarında rayonun Faldar kəndində baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Faldar kənd sakini, 28 yaşlı Fəryad Kərimov təsərrüfat işlərini görüb qayıdarkən mindiyi at arabasından yıxılıb. Bu zaman o, müxtəlif bədən xəsarətləri alıb.

Yaxınlarının köməyi ilə Fəryad Kərimov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin müayinələr zamanı bəlli olub ki, o, qapalı-kəllə beyin travması alıb. F.Kərimov xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicə və müayinəsi davam etdirilir.
Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir. Faktla bağlı araşdırmalar aparılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO