Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkün şagirdlər arasında Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən şahmat turniri keçirilib.
Dövlət Komitəsindən Bizim.Media-ya bildirilib ki, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Bakıdakı 3 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təşkil olunmuş turnirdə 100 nəfər məktəbli iştirak edib.
Turnirin açılış mərasimində diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev gənc nəslin təhsili ilə yanaşı mənəvi-fiziki və əqli inkişafına da daim qayğı göstərib.
O, geniş zəka, məntiqi düşüncə, sağlam əhval-ruhiyyə tələb edən xüsusi idman növü kimi şahmatın ölkəmizdə kütləviliyinin təmin olunmasına mühüm töhfələr verib. Azərbaycanın zəngin şahmat ənənələrinin yaranmasında Ulu Öndərin müstəsna xidmətləri vardır.
Həmin ənənələr əsasında respublikamızda adlı-sanlı şahmatçılar yetişib və hazırda da bu idman sahəsi hərtərfli dövlət qayğısı ilə əhatə olunub. Vaxtilə ərazisi işğal altında olmuş rayonlarımızın şahmat məktəbləri də məhz bu qayğı sayəsində öz fəaliyyətlərini fasiləsiz davam etdiriblər.
Mərasimdə inamla bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramının icrası çərçivəsində yeni salınan yaşayış məntəqələrində şahmat məktəblərinin bərpa edilməsi uşaq və gənclərin bu xüsusi idman növü ilə daha fəal şəkildə məşğul olmasına imkan yaradacaqdır.
Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlərin xatirəsinin ehtiramla yad edilməsindən sonra başlanan yarışda yeniyetmə şahmatçılar blits üslubunda qüvvələrini sınayıblar. Yeddi turdan sonra oğlanlar və qızlar arasında ilk 3 yerlərin qalibləri müəyyənləşib.
Qaliblər hədiyyə və diplomla mükafatlandırılıblar. Turnirin bütün iştirakçılarına sertifikat təqdim edilib.
Tədbirdə Dövlət komitəsinin sədrinin müşaviri Nəsimi Nərimanov, Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev iştirak ediblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
05:20 / 01.06.2023
"Qaçqınkom" məcburi köçkün şagirdlər arasında şahmat turniri keçirib
Hazırda oxunan: "Qaçqınkom" məcburi köçkün şagirdlər arasında şahmat turniri keçirib
Hazırda oxunan: "Qaçqınkom" məcburi köçkün şagirdlər arasında şahmat turniri keçirib
139019
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.