Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Ermənistandan qaçqın düşmüş soydaşlarımız da Qarabağda məskunlaşmaq üçün müraciət edirlər.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq komitədən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Məcburi köçkünlərin qayıdışı BMT ilə müzakirə edildi
Əlavə edilib ki, müraciət edənlər arasında digər ölkələrdə yaşayan, ərazisi işğaldan azad olunmuş rayonlardan olan keçmiş məcburi köçkünlər də var.
Onlar da ən qısa zamanda öz ata-baba yurduna qayıtmağı səbrsizliklə gözləyirlər.
Qeyd edək ki, Qarabağda məskunlaşmaq istəyən vətəndaşların müraciətlərinə noyabr ayından başlanılıb.
Müraciətlərin sayına gəldikdə isə hazırda ərizələrin qəbulu davam etdiyindən statistika aparılmır.
Gülşanə Mustafayeva, Bizim.Media