Göyçayda qasırğa və leysan olub, rayon işıqsız qalıb - FOTO 

Göyçayda qasırğa və leysan olub, rayon işıqsız qalıb - FOTO 

Hazırda oxunan: Göyçayda qasırğa və leysan olub, rayon işıqsız qalıb - FOTO 

138984

Göyçay rayonunda qasırğa baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bu gün saat 18:30 radələrində başlayan güclü külək Göyçay şəhərində yaşayış binasının və bir neçə fərdi evin, yardımçı tikilinin dam örtüyünü umurub.  
 

MÖVZU İLƏ BAĞLI:

Ucarda güclü külək ağacları aşırdı - Rayonda elektrik enerjisi dayandırılıb 


Külək nəticəsində ağaclar aşıb, elektrik naqilləri qırılıb. Rayonda əhaliyə elektrik verilişi dayandırılıb. Yarım saatdan çoxdur ki, rayonda qasırğa davam edir. 

Güclü leysan yağışı nəticəsində əmələ gələn sel suları Göyçay şəhərinin mərkəzi küçələrinə toplaşıb, avtomobillərin və piyadaların hərəkəti çətinləşib, bir neçə evin zirzəmisini və həyətyanı sahəsini su basıb.  

Hazırda güclü küləklə müşayiət olunan yağış davam edir. 










Aqil Əsədov, Bizim.Media, Aran bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO